Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniya hökumətindən İsrailə silah tədarükünü dayandırmaq tələb edilir

Almaniya hökumətindən İsrailə silah tədarükünü dayandırmaq tələb edilir


Almaniyanın ictimai təşkilatları hökumətdən İsrailə silah tədarükünü dərhal dayandırmağı tələb edib.

Newscenter.az xarici mediaya istinadən bildirir ki. bu məqsədlə kansler Olaf Şolza məktubla müraciət edilib.

Məktubda ictimai təşkilatlar İsrailə silah tədarükünü dərhal dayandırmağa çağırıblar.

Kanslerə ünvanlanmış müraciətə bəzi dövlət məmurları daxil olmaqla ümumilikdə 600 nəfər imza atıb.

Məktubda Almaniya hökumətindən İsrailə silah tədarükünü dərhal dayandırması və Qəzza zolağında Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) dəstəyi davam etdirməsi istənilib.

Mehman Mehdiyev
Xəbəri paylaş