Cari ilin ilk iki ayı ərzində Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin kənd təsərrüfatı istehsalı 1,2 faiz artıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Avrasiya İqtisadi Komissiyasının açıqladığı məlumatda bu öz əksini tapıb.
Qeyd edilib ki, 2024-cü ilin yanvar-fevral aylarında Avrasiya İqtisadi İttifaqında bütün kateqoriyalı təsərrüfatlarda kənd təsərrüfatı məhsulları istehsalı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə artıb.
Ermənistanla bağlı məlumatlar istisna olmaqla, artım bütün Aİİ dövlətlərində müşahidə edilib.
Belə ki, bu coğrafiyada kəsimlik mal-qara və ev quşları 3,2 faiz, süd 4 faiz artıb, yumurta istehsalı 0,4 faiz azalıb. Əsas heyvandarlıq məhsullarının istehsalında ən böyük artım Belarusda qeydə alınıb.
Mehman Mehdiyev