Ermənistan sürətlə silahlanma yolunu tutub. Bu ölkə Fransa və Hindistan vasitəsilə öz hərbi potensialını möhkəmləndirir.
Newscenter.az-ın xəbərinə görə, baş verənlərlə bağlı fikirlərini bildirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, Hindistan-Ermənistan hərbi texniki əməkdaşlığına bütün imkanları ilə töhvə verən cənub qonşumuz İran, qonşudan geri qalma prinsipi əsasında özü də bu prosesdə aktiv iştirak edir. Onun sözlərinə görə, Azərbaycanın güclənməsini özünün milli maraqlarına təhdid hesab edən Tehran hakimiyyəti Cənubi Qafqazda münaqişəli vəziyyətin davamı üçün ciddi səylə çalışır:
"Qərbin Rusiyanı əvəz edərək Ermənistanda möhkəmlək cəhdlərinin eynisini təkrar edən fars rejimi özü üçün ən asand yol kimi hərbi dəstək xəttini seçib. Çünki bundan başqa potensiala sahib deyil molla rejimi. Ən əsası iqtisadi sahədə. İran çətin vəziyyətdə olan iqtisadiyyatı ilə Ermənistana hamilik edə bilməz. Buna görə də militarist yanaşma ilə erməni cəmiyyətinə Azərbaycan əlehinə öz güvən aşılamaq istəyir. Bu məqsədlə son günlər xüsusi reyslər vasitəsilə İrəvana pilotsuz uçuş aparatları və müxtəlif növ silah sistemlərinin daşınmasının şahidi oluruq".
AVP rəsmisi deyib ki, prosesin hərbi yönünü təhlil edərsək Azərbaycanla qüvvələr balansını eyniləşdirmək istəyən Ermənistan üçün nə Hindistan istehsalı silahların, nə də İran istehsalı silahların çıxış yolu olmadığı bəllidir:
"Qabaqcıl hərbi məhsullar istehsal edən dövlətlərə nəzərən adını sadaladığım ölkələrin silah sənayesi 5-ci nəsil müharibələr aparmaq standartlarında sistemlər istehsal edə bilmir. Lakin görünür ki, bilinən faktlar İrəvan üçün o qədər də əhəmiyyət kəsb etmir. Azərbaycan əlehinə dividentlər əldə etmək istəyən Paşinyan hakimiyyəti mümkün bütün gedişləri edir və bu sıraya dövlət müstəqilliyinin peşkəş çəkilməsi də daxildir".
Süleyman