Cənubi Koreya orbitə ikinci kəşfiyyat peykini göndərib.
Newscenter.az Yonhap xəbər agentliyinə istinadən bildirir ki, Cənubi Koreyanın SpaceX tərəfindən istehsal edilən "Falcon 9" adlı raket uğurla orbitə buraxılıb.
Ölkənin Müdafiə Nazirliyinin sözügedən hadisə ilə bağlı yaydığı məlumata görə, ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən SpaceX-in Falcon 9 raketi ilə uğurla orbitə buraxılan peyk buraxılışdan təxminən 45 dəqiqə sonra orbitə daxil olub.
Peyk buraxılışdan təxminən 2 saat 40 dəqiqə sonra yerüstü stansiya ilə əlaqə saxlayıb.
Qeyd edək ki, 2023-cü il dekabrın 1-də Cənubi Koreya mərkəzi ofisi ABŞ-da yerləşən kosmos şirkəti SpaceX tərəfindən istehsal olunan "Falcon 9" adlı raketin daşıdığı casus peykini orbitə çıxarıb. Cənubi Koreya 2025-ci ilə qədər kosmosa daha dörd casus peyki göndərməyi planlaşdırır.
Mehman Mehdyev