"Ermənistan Azərbaycan tərəfinin “sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavabını əvvəlkiylə müqayisədə çox gecikdirmədi. Rəsmi Bakı “sülh müqaviləsi” layihəsinə dair təkliflərin səkkizinci variantını fevralın 21-də İrəvana göndərib. Rəsmi İrəvan Bakının təkliflərinə təxminən 46 gün sonra cavab verib. Bu qədər vaxt sərf etmələrinin əsas səbəbi İrəvanın “sülh müqaviləsini” sərhədlərin müəyyənləşməsiylə əlaqələndirməsidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. Onun sözlərinə görə, ərazi bütövlüklərinin qarşılıqlı tanınmasıyla “sülh müqaviləsinin” imzalanması mümkündür, sadəcə İrəvan bu sazişlə əldə edəcəyi nəticəni maksimuma qaldırmaq istəyir:
"Bu isə mümkün deyil. Sərhədlərin müəyyənləşməsi uzun prosesdir, “sülh müqaviləsinin” imzalanmasından sonra da danışıqlar davam edəcək. Buna baxmayaraq, rəsmi İrəvan müqavimətini davam etdirir, 4 kəndin qaytarılmasını da gecikdirir. Bu isə bölgədə gərginliyi artırır".
Anar Əliyev