Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fars-molla rejiminin yürütdüyü panfarsist, paniranist siyasət

Fars-molla rejiminin yürütdüyü panfarsist, paniranist siyasət


"Güney Azərbaycanın tarixi mərkəzi olan Təbriz şəhərinin "Səhənd" stadionunda təbrizlilərin sevimli futbol komandası "Traxtur" ilə İsfahanın "Sepahan" komandası arasında keçirilən görüşdə Azərbaycan və Türkiyə bayraqlarını qaldıran iki güneyli soydaşımızın İranın güc strukturları tərəfindən qondarma "pantürkist" damğasıyla həbs edilərək naməlum istiqamətdə aparılması tamamilə hüquqa zidd davranışdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, eyni zamanda azərbaycanlı tərəfdarların "Traxtur" komandasını dayanmadan alqışlamalarına və onların "Traxtur"-"Sepahan" qarşılaşması zamanı Azərbaycan dilində şüarlar səsləndirməsinə qəzəbli reaksiya verən fars dilli istifadəçilərin Təbrizin komandasına rəğbəti ifadə edən videonun dünyada 70 milyon izləyicisi olan "433" səhifəsindən silinməsi üçün şikayət kampaniyası başladaraq buna nail olmaları da qeyri-adekvat və irqçi davranışdır:

"Fars-molla rejiminin yürütdüyü panfarsist, paniranist siyasət İranın farsdilli vətəndaşlarında qeyri-fars mənşəli xalqlara, o cümlədən Güney Azərbaycan türklərinə qarşı dözümsüz və aqressiv münasibətin formalaşmasına səbəb olub. Azərbaycanın İranla münasibətləri normallaşdırmağa çalışdığı bir vaxtda, futbol stadionunda Azərbaycan və Türkiyə bayraqlarının qaldırılmasına və Azərbaycan dilində şüarların səsləndirilməsinə İranın müvafiq rəsmi qurumlarının sərt reaksiya sərgiləməsi səmimi qonşuluq prinsiplərinə ziddir. İran hökuməti stadionda bayraq qaldıran sıravi gənclərə qarşı yox, İsrailin Azərbaycandakı səfirliyinin vurulmasına açıq çağırış edən Cəlal Rəşidi Koçi kimi avantürist deputatlara qarşı sərt tədbirlər görməlidir".

Süleyman
Xəbəri paylaş