Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fitrə zəkatı ərzaqla verilməlidir?

Fitrə zəkatı ərzaqla verilməlidir?


Bir qayda olaraq müqəddəs Ramazan ayının son günlərində əsas müzakirə predmetinə çevrilən məsələlərdən biri də fitrə zəkatının çıxarılması və onun məbləği ilə bağlı olur.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini ifadə edən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, Ramazana xas əməllərdən biri də fitrə zəkatıdır. O bildirib ki, dinimizə görə hər bir müsəlman şəxs fitrə zəkatını verməlidir:

"Məbləğə gəldikdə isə imkandan asılı olaraq bu məbləğ 3-15 AZN arası dəyişə bilər. Bu asılıdır bilavasitə fitrə zəkatı verilən ərzaqın dəyərindən. Əgər siz fitrə zəkatını buğdanın qiyməti ilə hesablasanız məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablasanız daha baha olacaq. Çünki hər üç ərzaq növü arasında qiymət fərqi var".

Deputat qeyd edib ki, fitrə zəkatı ərzaqla verilməlidir yoxsa ərzaqın dəyərində pul da verilə bilər məsələsinə gəldikdə isə bəzi islam alimləri fitrə zəkatının mütləq ərzaqla verilməsinin vacibliyini vurğulayırlar:

"Müasir dövrün ehtiyaclarını nəzərə alaraq bir sıra islam alimləri ərzaq dəyərində pulun verilməsinin mümkünlüyünü bildirirlər.

Hesab edirəm günümüzün reallıqları nəzər alınaraq fitrə zəkatı pulla da verilə bilər. Fitrə zəkatı verilən insan nəyə ehtiyacının daha çox olduğunu bildiyi üçün həmin pulla özü istədiyi ərzaqı və ya başqa ehtiyacı olan əşyanı ala bilər.
Yuxarıda qeyd etdiyimiz kimi, imkanı olan hər bir şəxsin fitrə zəkatını verməsi vacibdir. Fitrə zəkatı mütləq imkansız insanlara verilməlidir. Fitrə zəkatının vaxtına gəldikdə Ramazanın sonuncu gününə, ən geci bayram namazına kimi fitrə zəkatı verilməlidir".

Süleyman
Xəbəri paylaş