Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kollektiv Qərb Cənubi Qafqazda əlavə problemlər yaradır

Kollektiv Qərb Cənubi Qafqazda əlavə problemlər yaradır


Qərb deyəsən diqqətini Ukraynadan tədricən ayırır. İndi kollektiv Qərbin, Avropanın əsas diqqəti Cənubi Qafqaza yönəlib. Avropalılar bu dəfə Ermənistanı Ukrayna kimi şirnikləşdirib müharibəyə cəlb sürükləməyə və Qafqaz üzərindən Rusiyaya zərbə vurmağa çalışırlar.

Newscenter.az-ın xəbərinə görə, elə politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqı Ukraynada Rusiya ilə geosiyasi toqquşmada fikir ayrılıqlarıni aradan qaldıra bilmir. Amma, Ermənistana dəstəkdə ortaq fikrə malikdirlər:

"Kollektiv Qərb Ukraynada taktiki olaraq Rusiyaya qarşı hərbi müstəvidə məğlub olmaqdadır. Rusiyanı Cənubi Qafqazdan və Şərqi Avropada mövqeyini zəiflətmək üçün ən strateji platsdarm Ukraynadir. ABŞ burada Ukraynanı Rusiya ilə təkbətək buraxıb. Üç aydır ki, ABŞ-dan Ukraynaya silah göndərilmir. Amma, Ermənistana hərbi təlimatçılar gəlir. Vaşinqton və Brüssel Cənubi Qafqazda guya Ermənistandan Rusiyanı çıxarır. N. Paşinyana siyasi və təhlükəsizlik dəstək ifadə edir. Çox ciddi strateji səhvə yol verirlər. Əgər, Vaşinqton Rusiyani Cənubi Qafqazdan xüsusilə Ermənistandan çıxarmaq istəyirsə, Yerevana ciddi təzyiq edib, Azərbaycanla sülhə məcbur etməlidir. Bununla da Rusiyanın Ermənistanda mövqeyi ciddi zəifləyəcək. Amma, bunun əksinin şahidi oluruq. Əgər, Rusiya Ukraynada qalib gələrsə, N. Paşinyani bir sutka ərzində hakimiyyətdən salacaq və Ermənistandan Qərbin bütün hərbi təlimatçılarinı qovacaq. Bu da Azərbaycan və region üçün ciddi təhlükə gətirəcək".

Politoloq deyib ki. hazırda Qərb Azərbaycanin üzərinə düşüb:

"Guya Ermənistanin ərazilərinə Azərbaycan müdaxilə edəcək kimi təzyiqlər edir. Azərbaycanı demokratiya və insan haqlarında tənqid edir. Halbuki Ukraynada hər gün yüzlərlə insanın ölümünü seyrçi qalır. Kollektiv Qərb Ukraynaya dəstək olmaq əvəzinə, Cənubi Qafqazda əlavə problemlər yaradır".

Süleyman
Xəbəri paylaş