Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin deputatı beynəlxalq tədbirdə iştirak edəcək

Milli Məclisin deputatı beynəlxalq tədbirdə iştirak edəcək


Milli Məclisin deputatı Məzahir Əfəndiyev Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın Fəaliyyət Proqramının icrası üzrə 8-ci Beynəlxalq Parlament Üzvləri Konfransında iştirak etmək üçün aprelin 9-da Norveçin paytaxtı Oslo şəhərinə səfər edəcək.

Newscenter.az xəbər verir ki, tədbirdə siyasət və meqatrendlər, rəqəmsal texnologiyalar, demoqrafik inkişaf, demokratiya və insan haqlarının müdafiəsi, səhiyyə xidmətlərinin yaxşılaşdırılması, gənclərin liderliyi və iştirakçılığı ilə bağlı mövzularda müzakirələr aparılacaq. Konfransın sonunda Oslo Bəyannaməsinin qəbulu nəzərdə tutulub.
Səfər aprelin 14-də başa çatacaq.

Süleyman
Xəbəri paylaş