Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 18 aprel 2024-cü il tarixində saat 09:30-da Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Ucar, Zərdab, Ağdaş, Göyçay, Yevlax və Qəbələ rayonlarının sakinlərini qəbul edəcək.
Newscenter.az xəbər verir ki. qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda aprel ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.
Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula 17 aprel 2024-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
Nərgiz Əzizova