Qazaxıstanda baş verən sel daşqınları bir çox ciddi problemlərə yol açıb.
[/b]Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Qərbi Qazaxıstanda qarayara xəstələrinin basdırıldığı qəbiristanlıqlar su altında qalıb.
Ümumilikdə, sel suları Qərbi Qazaxıstan vilayətində 8 mal-qara və 14 qarayara qəbirstanlığını su basıb.
Rayon baytarlıq idarəsindən bildirilib ki, xəstəliyin törədicisi torpaqda saxlanıldığından mal-qaranın yoluxma riski var. Baytarlar daşqından zərər çəkmiş ərazilərdə mümkün qədər tez ev heyvanlarını qarayara və emfimatoz karbunkula qarşı peyvənd etməyi hədəfləyirlər.
Ümumilikdə, 2024-cü il aprelin 8-nə olan ilkin məlumatlara görə, sel nəticəsində 219 baş iribuynuzlu mal-qara, 1552 baş qoyun-keçi, 54 baş at, 97 baş donuz, 119 baş quş tələf olub.
[b]Nərgiz Əzizova