"Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" İctimai Birliyi daha bir xeyirxah aksiya keçirib.
Bu barədə məlumatı Newscenter.az-a İctimai Birliyin sədri Suzana Abseynova verib. Bildirib ki, aksiya çərçivəsində aztəminatlı, sosial qayğıya ehtiyacı olan şəxslər üçün iftar süfrəsi açılıb.
Neftçala rayonunun Bankə qəsəbəsində təşkil edilən iftar süfrəsində qəsəbədə yaşayan aztəminatlı ailələrin nümayəndələri iştirak edib.
Suzana Abseynova deyib ki, bu kimi xeyriyyə aksiyaları davamlı olacaq.
Anar Əliyev