Aprelin 8-də Günəş tutulması hadisəsi baş verəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, proses beş saatdan çox davam edəcək.
Moskva Planetariumunun mətbuat xidmətindən TASS-a verilən məlumata görə, Ayın Günəşi təxminən 4,5 dəqiqə əhatə edəcəyi ən uzun faza Meksikada görünəcək.
Tam faza Şimali Amerikadan, Sakit və Atlantik okeanlarındakı bəzi adalardan da görünəcək. Rusiyada isə heç bir tutulma müşahidə edilmir.
Mehman Mehdiyev