Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenski: "Xarkovu qorumaq çətindir"

Zelenski: "Xarkovu qorumaq çətindir"


"Xarkov şəhərini hava hücumlarından müdafiə etmək çətindir".

Newscenter.az RIA Novosti-yə istinadən bildirir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. Zelenski bunu Ukraynada kifayət qədər zenit müdafiə sisteminin olmaması ilə əlaqələndirib:

"Bu, bütün tərəfdaşlarımıza məlumdur. Biz Xarkovu mümkün qədər havadan qorumaq üçün imkanlar axtarırıq", -deyə Ukrayna prezidenti bildirib.

Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak da xarici mediaya müsahibəsində bildirib ki, Rusiya ordusu irəliləyib və silah sahəsində mövcud vəziyyətə görə Ukrayna buna müqavimət göstərə bilmir. Bu arada Ukrayna ordusunun baş komandanı Aleksandr Sırski Qərbdən silahların gəlməməsindən şikayətlənib və deyib ki, bu səbəbdən Ukrayna silahlı qüvvələri strateji müdafiəyə keçib.

Anar Əliyev
Xəbəri paylaş