Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

3+3 formatı yenidən Rusiya və İranın siyasi gündəmində

3+3 formatı yenidən Rusiya və İranın siyasi gündəmində


3+3 formatı yenidən Rusiya və İranın siyasi gündəmindədir.Əslində bunun səbəbi Ermənistanın son vaxtlar ABŞ və Qərbə tərəf daha çox aktivlik göstərməsindən irəli gəlir. ABŞ -ın və Avropa İttifaqının Cənubi Qafqazla bağlı siyasətində məhz xüsusi olaraq Ermənistanın üzərindən hərəkət etməsi, sözsüz ki region ölkələrini narahat edir. Bu narahatlıq xüsusi olaraq Rusiya tərəfində daha çox diqqət çəkir. Bu da səbəbsiz deyil.Rusiya daima Ermənistanın arxasında durub və məhz bu səbəbdən Ermənistanı istədiyi kimi bütün dönəmlərdə istifadə edib.Paşinyan hakimiyyəti bu ənənəni pozur və Qərbə inteqrasiya etməyə cəhdlər göstərir. Görünən odur ki, Paşinyanın bu addımları nəticə əldə etmək üçün faydalı hesab oluna bilər, amma, Ukrayna prezidenti Zelinskinin də bu kimi siyasi addımlar səbəbiylə ölkəsini yox olmaq təhlükəsi ilə üz-üzə gətirdiyini unutmaq olmaz. Ermənistan tərəfinin Brüsseldə keçirilən görüşündən sonra nəhayət İran tərəfi də susqunluğunu pozdu .

Ermənistanın xüsusi olaraq yeni müstəvidə Qərb dairələri ilə əməkdaşlığı İranı da narahat etməyə bilməzdi.Əslində Qərb bizim və Türkiyə sərhədlərinə yaxınlaşması, həmçinin İran sərhədlərinə də eynilə təhlükəli hesab olunur. Bütün bunlar regionun təhlükəsizliyi baxımından müzakirə predmeti olması lazımdır və 3+3 platforması bu səbəbdən gündəmə gəlib və bu platforma vasitəsilə regionunda təhlükəsizliyin təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirilə bilər. Əks halda Ermənistanın, qonşu dövlətlərə qarşı qeyri region ölkələrinin təhdidlərinə şərait yaratması və ümumiyyətlə regionun təhlükəsizliyi baxımından özbaşınalığı daha çox aktiv hala gələ bilər.

Çingiz Şahbazi, siyasi ekspert
Xəbəri paylaş