Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın havadarları bu təxribatlara görə tam məsuliyyət daşıyırlar

Ermənistanın havadarları bu təxribatlara görə tam məsuliyyət daşıyırlar


Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd-döyüş məntəqəsi istiqamətində Ermənistanın Nerkin-Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçməsinin qarşısını alan sərhəd naryadımıza Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılması və nəticədə baş leytenant Rövşən Məmmədovun yaralanması sözsüz ki, Ermənistan tərəfinin növbəti təxribatıdır.

Bu təxribat bir daha 5 aprel tarixində Brüsseldə keçirilən ABŞ-Aİ-Ermənistan görüşündə gizli hərbi-siyasi planların cızıldığını təsdiqləyir. Brüssel görüşü Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin dayandırılmasına və Cənubi Qafqazda yeni gərginlik amillərinin yaradılmasına xidmət edirdi. Budur, ermənilər tərəfindən dövlət sərhədinin pozulması və Ermənistan ordusunun mövqelərimizə atəş açması sözügedən amillərdən biridir.

Ona görə də baş verən son hadisələrə görə təkcə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə deyil, eyni zamanda Birləşmiş Ştatların, Fransanın və Avropa İttifaqının da üzərinə məsuliyyət düşür. Ermənistanın havadarları bu təxribatlara görə tam məsuliyyət daşıyırlar.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş