İki iran generalı daxil olmaqla ümumilikdə 13 nəfərin ölümü ilə nəticələn Aprelin 1-də Suriyanın paytaxtı Dəməşqdəki İran səfirliyinə hücumdan sonra, İranın İsrailə hücum təşkil edəcəyi gözlənilirdi. Dəməşqdəki İran səfirliyinə hücumu İsrail etiraf etməsəsə də, İran həmin hücumun İsrail və ABŞ tərıfindən həyata keçirdiyini elan etmişdi. Dəməşqdəki İran səfirliyinə hücumdan sonra, ABŞ xüsusi kəşfiyyat orqanları İranın İsrailə hücum edəcəyini açıqlamışdı. İran isə İranın İsrailə hücum etməməsi üçün şərtlərini belə bildirmişdi.
İkinci dünya müharibəsindən sonra yeni dünya düzəninin qurulması, dünyanın bölüşdürülməsində İranın taleyi vacib həlledici mərhələdir. Əlbəttə ki, İran siyasi ritorikasında aqressiv, təhdid xarakterli publik bəyanat və çıxışlara üstünlük versə də, reallıqda İsrail nümunəsində Qərblə, ABŞ - la müharibədə heç də maraqlı deyil. Çünku, bu müharibənin İran üçün necə nəticələnəcəyinin fərqindədir.
Aprelin 14-də İran İsrailə kütləvi dron hücumu həyata keçirdi. Əlbəttə ki, İran İsraillə uzunmüddətli müharibəyə gedən deyil. İranın İsrailə hücumu hansı ki, hər iki tərəf təsdiqləyib, siyasi nüfuz məsələsinə bağlı məcburi cavabdır. İran Dəməşqdəki səfirliyinə hücuma cavab verib və bu məsələnin tezliklə arxa plana keçməsini istəyir. İranın hücumuna reaksiya verən ABŞ prezidenti Co Bayden İsrailə hər bir yardımın edəcəyini açıqlayıb. İranın İsraillə müharibəyə cəlb edilməsinin bir plan olduğunu anladığından, hətta İsrailə hücumunu öz ərazisindən yox İraq ərazisindən həyata keçirdi.
Sözsüz ki, İsrailin Fələstin, daha dəqiqi Həmas və Hizbulla ilə müharibə apardığı bir dövrdə İsrailin də İranla uzunmüddətli müharibə aparmaq istəməz. Bu kontekstdən yanaşsaq, İsrailin Dəməşqdəki səfirliyinə hücum etdiyinə də şübhə yaranır. Düşünürəm ki, Dəməşqdəki İran səfirliyinə, İranla bir-başa və uzunmüddətli müharibənin aparılmasında ABŞ İsrail arasında fikir ayrılığı mövcuddur. Ancaq bu fikir ayrılığı hiss olundurmur.
İran İsrail müharibəsinin başlanması və davam etdirilməsində ABŞ-la yanaşı, ərəb dünyası və qəribə səslənsə də Rusiya çox maraqlıdır. Belə ki, Rusiyanın Ukraynada apardığı müharibənin istəyinə uyğun yekunlaşmasını tezləşdirə bilər. Həm də Rusiyanın İranla Cənubi Qafqaz və xüsusən də Ermənistanla bağlı, Zəngəzur dəhlizi ilə bağlı fikir və mövqe ayrılığı var. İran Qərbin təzyiqindən sonra Rusiya silah köməyini əhəmiyyətli dərəcədə azaltması, Rusiya ilə İran arasında müəyyən soyuqluğa səbəb olub. İran - İsrail müharibəsinin Azərbaycan üçün manevr imkanlarına təsir edib, balanslı, neytral mövqeyinə çətinliklər yaratsa da, nəticə etibarı ilə Azərbaycanın milli maraqlarını təmin edir.
Yeri gəkmişkən, Rusiyanın Ukraynaya təcavüzünün ilk dövründə Rusiyanı, Putin hakimiyyətini döyüş neydanında məğlub etmək mümkün olduğu halda, Qərbin təsirli hərbi köməyinin geçikdirilməsi, Rusiyaya üzücü müharibə ssenarisi Rusiyanı gücünü bərpa etməyı imkan verdi. Siyası uzaqgörənlik, liderlik həm də zamanında, operativ siyasi qərar vermək, ucra etmək qabiliyyətidir. Qərbin bu dəfə hansı qərar verəcəyi isə məlumdur - qərarsızlıq.
Vüqar Dadaşov