Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya, Ermənistan və Azərbaycan arasında sülhün baş tutmamasına çalışır

Rusiya, Ermənistan və Azərbaycan arasında sülhün baş tutmamasına çalışır


Ermənistan baş naziri Paşinyanın aprelin 10-da Parlamentdəki çıxışı, erməni xalqı üçün son dərəcə mühüm və əhəmiyyət kəsb edən milli dövlətçilik ənənələri və ümumiyyətlə xalq olaraq özünü tanımaları baxımdan verdiyi məlumatlar və açıqlamalar, Rusiyanın siyasi dairələrində bərk narahatçılıq doğurub. Əslində Rusiyanın narahatçılığı aydındır və bu narahatçılıq Cənubi Qafqazla bağlı Rusiyanın yürütdüyü siyasətə qarşı olduğundan meydana gəlir, desək yanılmarıq.

Paşinyanın bəyanatları və atdığı addımlar birbaşa Rusiyanın Cənubi Qafqazla bağlı bütün çirkin planlarını alt-üst etməyə yönəlib. Məhz bu səbəbdən Ermənistanda Rusiyapərəst qüvvələr ölkənin baş nazirinə qarşı açıq şəkildə hücuma keçiblər. Bu da o deməkdir ki, Ermənistanda Qərb və Rusiya arasında mübarizə daha aktiv mərhələyə qədəm qoyur. Bu mərhələ Ermənistanın siyasi sabitliyinə öz təsirini göstərəcək demək olar. Ehtimal olunan variantlardan biri də Rusiyanın Ermənistanda vətəndaş müharibəsinə zəmin hazırlanmasıdır. Hansı ki bunu artıq ölkənin rusiyapərəst qüvvələrinin əli ilə həyata keçirməyə çalışırlar. Artıq bu istiqamətdə ölkənin rusiyapərəst müxalifəti bir sıra addımlar atır və insanları Paşinyanın yürütdüyü siyasətə qarşı çıxmağa çağırırlar. Bu da o deməkdir ki, Rusiya, Ermənistan və Azərbaycan arasında sülhün baş tutmamasına çalışır və münaqişəsinin həllini isə indiki zamandan qeyri müəyyən zamana qədər uzadılmasında maraqlı görünür. Rusiya bunu nə qədər bacara biləcək və yaxud da bilməyəcək, əslində bu Ermənistan qədər bizim də maraq dairəmizdə olmalıdır.

Çingiz Şahbazi-siyasi ekspert
Xəbəri paylaş