Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs olunub

Bakıda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs olunub


Paytaxtın Nərimanov rayonunda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonunda yaşayış binalarından birinin girişində azyaşlıya qarşı əxlaqsız hərəkətlərin edilməsi barədə polisə məlumat daxil olub. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törədən Maksim Məmmədov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, o, əvvəlcə azyaşlını izləyib. Daha sonra binanın girişində yaxınlaşaraq ona qarşı əxlaqsız hərəkətlər edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Nərimanov rayon məhkəməsinin qərarı ilə M.Məmmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.



Mehman Mehdiyev
Xəbəri paylaş