Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baydendən Netanyahuya XƏBƏRDARLIQ

Baydendən Netanyahuya XƏBƏRDARLIQ


Birləşmiş Ştatlar prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahuya xəbərdarlıq edib.

Newscenter.az xarici mediaya istinadən bildirir ki, Ağ Ev rəhbəri İranın hücumlarına cavab verməzdən əvvəl İsrailin diqqətlə düşünməsini vacib hesab edib.

İki ölkə liderinin telefon danışığı zamanı Bayden Netanyahuya “gərginliyin artması riskini diqqətlə nəzərdən keçirmək və məsələyə strateji prizmadan yanaşmaq lazımdır” deyib.

Qeyd edək ki, İsrail aprelin 1-də İranın Dəməşqdəki konsulluğunun binasına hava hücumu həyata keçirib. Hücum zamanı İran İnqilab Keşikçiləri Ordusundan 2-si general olmaqla, ümumilikdə 7 nəfər həlak olub. İran isə aprelin 13-də yüzlərlə kamikadze pilotsuz uçuş aparatı, ballistik və qanadlı raketlərlə İsrailə hücum edib və bəzi hərbi hədəflərin vurulduğunu açıqlayıb.

Mehman Mehdiyev
Xəbəri paylaş