Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fidan Dövlət Departamentinin müşaviri ilə regiondakı vəziyyəti müzakirə edib

Fidan Dövlət Departamentinin müşaviri ilə regiondakı vəziyyəti müzakirə edib


Birləşmiş Ştatların Dövlət Departamentinin müşaviri Con Bassı Türkiyəyə səfər edib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, səfər çərçivəsində Bassi Türkiyədə bir sıra mühüm görüşlər keçirib.

Dövlət Departamentinin müşavirini Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Hakan Fidan da qəbul edib. Bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, nazir Hakan Fidan Ankarada ABŞ Dövlət Departamentinin İnzibati işlər üzrə müşaviri və siyasi məsələlər üzrə müşavirin səlahiyyətlərini icra edən Con Bassı qəbul edib.

Görüş zamanı iki ölkə arasında əməkdaşlığın müxtəlif spektrləri müzakirə edilməklə yanaşı, eyni zamanda Yaxın Şərqdəki vəziyyət, İsrailin Qəzzada həyata keçirdiyi əməliyyat, həmçinin son günlər yaşanan İsrail-İran gərginliyi və İranın İsrailə hücumu ətrafında fikir mübadiləsi aparılıb.

NaziR Hakan Fidan Yaxın Şərqlə bağlı ölkəsinin mövqeyini Dövlət Departamentinin rəsmisinin diqqətinə bir daha çatdırıb.

Anar Əliyev
Xəbəri paylaş