Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hərbi-idman yarışmasının qalibləri bəlli olub

Hərbi-idman yarışmasının qalibləri bəlli olub


Ümumi təhsil məktəblərinin X sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyununun paytaxt üzrə rayon birinciliyinin qalibləri bəlli olub.

Newscenter.az xəbər verir ki, paytaxtın Binəqədi rayonu üzrə 300, Xəzər rayonu üzrə 92, Sabunçu rayonu üzrə 67, ]Yasamal rayonu üzrə 53, Qaradağ rayonu üzrə 180, Səbail rayonu üzrə 236, Suraxanı rayonu üzrə 278, Pirallahı rayonu üzrə 186 və Nizami rayonu üzrə 229 nömrəli tam orta məktəblərin, Nərimanov rayonu üzrə “Ankara məktəbi” məktəb-liseyinin, Xətai rayonu üzrə Heydər Əliyev adına Hərbi Liseyin komandası qalib olub.

Rayon birinciliyinin qalib komandaları diplom, Fəxri fərman və kubokla təltif olunublar.

Qaliblər Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində keçiriləcək Bakı şəhəri üzrə zona birinciliyində iştirak etmək hüququ qazanıblar.

Qeyd edək ki, “Şahin” hərbi-idman oyunu Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə qərarına əsasən təşkil edilir.

“Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işini daha da gücləndirmək, məktəblilərin hərbi hazırlıq səviyyəsini yüksəltmək, Çağırışaqədərki hazırlıq fənninin tədrisini təkmilləşdirməkdən ibarətdir.

R.Mehdiyeva
Xəbəri paylaş