Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran iqtisadiyyatının mövcud halı, uzunmüddətli müharibənin yükünü daşımaq iqtidarında deyil

İran iqtisadiyyatının mövcud halı, uzunmüddətli müharibənin yükünü daşımaq iqtidarında deyil


İran İsrailə qarşı günlərdir ananosunu etdiyi "Qisas" əməliyyatını həyata keçirdi. İslam İnqilabı Keşikçiləri korpusunun pilotsuz uçuş aparatları, qanadlı və ballistik raketlər vasitəsilə üç etab şəkilində təşkil etdiyi hücum Təl-Əviv üçün ciddi təhlükə yaratmadı. İstifadə olunan silah sistemlərinin mütləq əksəriyyəti İsrail HHM sistemləri və ABŞ-Britaniya Hərbi Hava Qüvvələri tərəfindən İraq üzərində zərərsizləşdirildi. Əslində, hadisələrin mümkün ssenarisi əvvəlcədən məlum olduğu üçün İranın total savaşa girməsi gözlənilmirdi. Çünki bunu şərtləndirən bir sıra amillər mövcuddur.
İlk olaraq, uzun müddətdir sanksiyalara məruz qalan İran iqtisadiyyatının mövcud halı, genişmiqyaslı və uzunmüddətli müharibənin yükünü daşımaq iqtidarında deyil.

İkincisi, 1979 inqilabından sonra ordu daxilində parçalanmalar, yəni, ənənəvi ordu prinsipi ilə yanaşı "SEPAH"-ın yaradılması, onun müstəqil fəaliyyəti və "Bəsic" kimi paramilitar qrupların varlığı total qarşıdurma zamanı döyüşən bölmələr arasında koordinasiya problemlərini yaradar ki, bu hücum əməliyyatlarını nəticəsiz edər.
Üçüncü, rəsmi Təl-Əvivin müharibə olacağı təqdirdə İranın neft-qaz infrastrukturuna potensial zərbə imkanları, bununla yanaşı Tehrana qarşı beynəlxalq koalisiyanı formalaşdırmaq ehtimalı rejimi düşündürən məsələlər arasındadır.

Bütün bunlar proseslərin görünən tərəfidir. Lakin, reallıq ondan ibarətdir ki, uzunmüddətli İsrail-İran münaqişəsi Yaxın Şərqdə xaosa səbəb olsa da, hər iki dövlət üçün vacib əhəmiyyət kəsb edir. Rəsmi Tehran İsrail düşmənçiliyi, Fələstin problemi kimi həssas mövzular fonunda regionda təsir imkanlarını genişləndirir.

İsrail də həmçinin İran və rejimə bağlı proksi qüvvələrin varlığını əsas gətirərək ABŞ-dan hərtərəfli dəstək almağı bacarır və öz gücünü durmadan artıraraq ərazilərini genişləndirir.


Pərviz Mirizadə:
AVP sədirinin Beynəlxalq məsələr üzrə köməkçisi.

Newscenter.az üçün
Xəbəri paylaş