"Qonşu regionda höküm sürən xaotik vəziyyət bizi də narahat edir. Rəsmi Bakının Güney Azərbaycan mövzusu ilə bağlı həssaslığını nəzərə alarsaq İrana qarşı hərbi müdaxilənin olması arzuolunan deyil".
Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin büynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə İsrail-İran qarşıdurmasının Cənubi Qafqaza mümkün təsirlərini şərh edərkən səsləndirib. O bildirib ki, Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında münaqişəli vəziyyətin davamı üçün çalışan qüvvələrin yaranmış situasiyadan yaralanmaq istəyəcəyi istisna deyil:
"Biz bilirik ki, Fransa başda olmaqla bir sıra Qərb ölkələri İrəvan-Bakı münasibətləri üzərindən regional maraqlarını təmin etməyə çalışır. Ermənistan silahlandırılır, xaricdən terror təşkilatlarının bu ölkəyə axını davam etdirilir. Bütün bunların hər biri Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqları qəbul etməmək üçün edilir. Lakin ölkəmiz cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində hazırda sabitlik adası təsiri bağışlayır və bizə qarşı yönələn istənilən təxribat xarakterli addımlar anında zərərsizləşdirilir".
Süleyman