Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın ordusunda çatışmazlıqlar çoxdur

İranın ordusunda çatışmazlıqlar çoxdur


"Son toqquşmada göstərdi ki, İranın ordusunda çatışmazlıqlar çoxdur".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev səsləndirib. Onun sözlərinə görə, İsrail Iranın PUA və raketlərini havada məhv edirdi:

"Bu Tehran üçün ciddi xəbərdarlıq olmalıdır. İran öz ordusunu gücləndirmək üçün çalışacaq. Cənub qonşumuz bu cür müharibə üçün hazır deyil. Zamanında baş verən İran - İraq mühasibəsi zamanı da İranın xeyli zəif tərəfləri üzə çıxmışdı. O zaman islam respublikası bunu şah rejiminin üstünə atdı. Çünki o zaman İranda inqilab yeni baş vermişdi. Ancaq indi 45 il vaxt keçib. Bu müddət ərzində bu qədər zəif müdafiə sisteminin olması İranı idarə edənləri düşündürməlidir. Zənnimcə, indiki halda hər iki tərəf savaşdan qaçmalıdır. Bu təkcə həmən dövlətləri deyil, bütün regionu fəlakətə sürükləyəcək hadisə olar".

Süleyman
Xəbəri paylaş