Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail-İran müharibəsi region üçün nə vəd edir?

İsrail-İran müharibəsi region üçün nə vəd edir?


"İran - İsrail arasındakı müharibə tək bu iki ölkə ilə yekunlaşmaz. Çünki hər iki ölkənin yaxın müttəfiqləri var. İsrail ABŞ başda olmaqla Qərb dünyasına ümid edir. İranın isə nəzarətində olan xeyli sayda silahlı qruplar var. Əgər müharibə olarsa həmin dövlətlərin və qrupların da müharibəyə qoşulacağı şübhəsizdir. Bu isə çox böyük bir toqquşmaya səbəb ola bilər. Buna görə də belə bir hadisə hazırda heç kimə sərf etmir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev səsləndirib. O bildirib ki, bu bölgədə böyük qaçqın ordusunun yaranmasına, silahlı qrupların daha da güclənməsinə səbəb olacaq:

"Xüsusilə nəzərə alaq ki, son zamanlar İŞİD-in feallaşması muşahidə edilir. Bu müharibə həmçinin digər terrorçu qrupların da fəallığına səbəb olacaq. Bu isə region ölkələri, xüsusilə də Azərbaycan üçün yaxşı hal deyil. Buna görə bu cür savaşın başlaması bizim üçün və regiondakı digər ölkələr üçün arzu edilən hal deyil. Bu savaş həmçinin Ukraynada Rusiyanın mövqeyini son dərəcə gücləndirəcək. Çünki Qərb iki cəbhədə müharibə aparmağa məcbur olacaq. İran üçün isə bu cür savaş fəlakət olar".

Süleyman
Xəbəri paylaş