"İranın İsrailə baş tutan məlum hücumunun sonrasında ortaya çıxan mənzərə nə qədər tragekomik görünsə də, öz-özlüyündə müəyyən presidentlərin yaranması baxımından təhlükəli tendensiya doğurdu. Təbii ki, hücum öncəsi ritorika dueli, İranın hədələri hücumdan sonra görünən nəticəyə əsasən planlaşdırılmış və danışılmış döyüş fikirləri formalaşdırır. Amma İranın ilk dəfə öz ərazisindən İsrailə birbaşa zərbə endirməsi, ən əsası isə buna qərar verməsi üçün siyasi iradəni özündə hiss etməsi maraqlı idi".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, hadisələrin nə qədər də oyun olduğu bildirilsə də, İsrailin İrana gözlənilən və elan edilən cavab zərbəsinin olub-olmasına əsasən bilinəcək ki, bu, nə qədər real oyundur:
"Təbii olaraq cavab zərbəsi artıq regionda yeni hərbi vəziyyət yaradacaq ki, bu da artıq genişmiqyaslı müharibə ehtimalını artıracaq. Hesab edirəm ki, İsrail bu cavab zərbəsini İrana endirəcək və daha böyük zərərlər vuracaq. Bundan sonra isə artıq ya müharibə, ya da İranın məğlubiyyətinə bərabər susqunluğa olacaq".
Süleyman