Türkiyədə işsizlik səviyyəsində azalma müşahidə edilir.
Newscenter.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən bildirir ki, cari ilin fevral ayında əvvəlki ayla müqayisədə işsizlik səviyyəsi 0,3 bənd azalaraq 8,7 faizə çatıb. Qeyd edilən dövrdə ölkədə işsizlərin sayı 3 milyon 78 min nəfər olaraq müəyyən edilib.
Müvafiq olaraq, 15 və daha yuxarı yaşda olan işsizlərin sayı 2024-cü ilin fevral ayında bir əvvəlki ayla müqayisədə 109 min nəfər azalaraq 3 milyon 78 min nəfərə çatıb. İşsizlik səviyyəsinin kişilər üçün 7,3 faiz, qadınlar üçün isə 11,3 faiz olduğu təxmin edilib.
2024-cü ilin fevral ayında məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 147 min nəfər artaraq 32 milyon 423 min nəfərə, məşğulluq səviyyəsi isə 0,2 bənd artaraq 49,3 faizə çatıb. Bu nisbət kişilərdə 66,5 faiz olduğu halda, qadınlarda 32,5 faiz olub.
2024-cü ilin fevral ayında işçi qüvvəsi bir əvvəlki aya görə 38 min nəfər artaraq 35 milyon 501 min nəfərə çatdı və işçi qüvvəsinə qoşulma nisbəti yüzdə 54,0 ilə eyni səviyyədə qaldı. İşçi qüvvəsində iştirak nisbəti kişilərdə 71,7 faiz olduğu halda, qadınlarda 36,6 faiz olmuşdur.
Nərgiz Əzizova