Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pakistanda daşqınlardan ölənlərin sayı 40-a çatdı

Pakistanda daşqınlardan ölənlərin sayı 40-a çatdı


Pakistanın cənub-qərb əyalətlərində son 3 gündə yağan güclü yağış və ildırım çaxması nəticəsində həyatını itirənlərin sayı 40-a çatıb.

Newscenter.az Dawn internet saytına istinadən bildirir ki, Pəncab, Bəlucistan və Hayber Pantunxva əyalətlərində 3 gündür davam edən güclü yağış və ildırım çaxmaları nəticəsində ən azı 39 nəfər həyatını itirib.

Səlahiyyətlilər, həyatını itirənlərin əksəriyyətinin buğda biçini zamanı ildırım vuran fermerlər olduğu barədə məlumat paylaşıb.

Baş nazir Şahbaz Şərif rəsmilərə yağışlardan zərər çəkmiş ərazilərə təcili yardımın çatdırılmasını tapşırdığını verib.

Yağışların yaratdığı daşqınlarda çoxlu evlər zərər görüb və infrastruktura da ciddi ziyan dəyib.

Qeyd edək ki, Pakistanda 2022-ci ildə ölkənin üçdə birini sular altında saxlayan daşqınlar nəticəsində 2 minə yaxın insan həyatını itirib və təxminən 30 milyard dollar ziyan dəyib.

Anar Əliyev
Xəbəri paylaş