Qazaxıstanda baş verən sel daşqınları nəticəsində 5400 fərdi yaşayış evi su altında qalıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Respublika İnformasiya Qərargahında keçirilən brifinqdə Müdafiə Nazirliyinin Mülki Müdafiə Komitəsinin və Hərbi idarələrin baş zabiti Yerasıl Saipaş məlumat verib.
Onun sözlərinə görə, daşqın dövrü başlayandan indiyədək 111 mindən çox insan xilas edilib.
“Hazırda 5411 fərdi yaşayış evi, 1607 həyətyanı sahə, 2035 bağ evi su altında qalıb.
TJM nümayəndəsi qeyd edib ki, 3500-ə yaxın yaşayış evindən və 2157 həyətyanı sahədən su çəkilib.
"11 950 nəfər öz evlərinə qayıdıb. Müvəqqəti yerləşdirmə mərkəzlərində 6 814 nəfər, o cümlədən 2 995 uşaq var. 9,5 milyon kubmetrdən çox ərimiş su vurulub, 2,2 milyon kisə, 1,2 milyon ton inert material döşənib".
Mehman Mehdiyev