İsrailin keçən ilin oktyabrından Qəzzada başladığı hərbi əməliyyat nəticəsində həyatını itirənlərin sayı 34 minə yaxınlaşır.
Newscenter.az xəbər verir ki, bu barədə Fələstin Hökumətinin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən müddət ərzində 33 min 797 nəfər həyatını itirib.
Açıqlamada İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 68 fələstinlinin həyatını itirdiyi, 94 fələstinlinin isə yaralandığı bildirilib.
İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 33 min 797, yaralıların sayının isə 76 min 465-ə yüksəldiyi qeyd edilib.
Mehman Mehdiyev