Ermənistanda səfərdə olan Qazaxıstan prezidenti Qasım Jomart Tokayev erməni həmkarı Vaaqn Xaçaturyan ilə görüşüb.
Newscenter.az "Sputnik Qazaxıstan"-a istinadən bildirir ki, prezidentlər Qazaxıstan-Ermənistan əməkdaşlığı ilə bağlı bir sıra aktual məsələləri müzakirə ediblər.
Qazaxıstan Prezidenti qeyd edib ki, Ermənistana ilk rəsmi səfərinə böyük əhəmiyyət verir.
"Ermənistan Qazaxıstan üçün mühüm və çox mənalı tərəfdaşdır. Mən qədim sivilizasiyanın başladığı tarix və mədəniyyətlə zəngin erməni xalqının torpağına böyük həvəs və xüsusi hisslərlə gəlirəm", - Kasım-Jomart Tokayev deyib.
Prezidentin sözlərinə görə, baş nazir Nikol Paşinyanla danışıqlar zamanı gündəlikdə duran məsələlər hərtərəfli və səmərəli müzakirə olunub.
Anar Əliyev