Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tokayev və Paşinyan brgə bəyanat imzaladı

Tokayev və Paşinyan brgə bəyanat imzaladı


Ermənistanda səfərdə olan Qazaxıstan prezdenti Qasım Jomart Tokayev bu ölkənin baş naziri Nikol Paşinyanla görüşündən sonra iki ölkə arasında birgə bəyanat imzalanıb.

Newscenter.az Akorda.az-a xəbər verir ki, danışıqların nəticəsi olaraq Kasım-Jomart Tokayev və Nikol Paşinyan birgə bəyanat imzalayıblar. Bundan başqa Qazaxıstan Respublikası Hökuməti və Ermənistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında, vətəndaşların səfərləri və qalma qaydası haqqında Saziş, iki ölkənin aviasiya hakimiyyət orqanları arasında anlaşma memorandum, Qazaxıstan Respublikasının Çimkənd şəhəri ilə Ermənistan Respublikasının Vanadzor şəhəri arasında əməkdaşlıq və qardaşlıq əlaqələrinin yaradılması haqqında Memorandum, Qazaxıstan Respublikasının Turizm və İdman Nazirliyi ilə Ermənistan Respublikasının Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi arasında 2024-2026-cı illər üçün əməkdaşlıq proqramı imzalanan sənədlər sırasında yer alıb.

Bundan başqa Astana və İrəvan arasında qardaşlıq əlaqələrinin yaradılması haqqında Memorandum da imzalanıb.

Anar Əliyev
Xəbəri paylaş