Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə ağır yol qəzası, yaralılar var

Türkiyədə ağır yol qəzası, yaralılar var


Türkiyədə ağır yol qəzası baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Konyanın Akşehir rayonunda qeydə alınıb. Kiçiktutumıu yük avtomobilinin işıqforun qırmızı işığında gözləyən avtomobilə çırpılması nəticəsində 11 nəfər xəsarət alıb.

Qəza nəticəsində hər iki avtomobilin sürücüləri də ciddi xəsarət alıblar. Qəzada yaralanan 11 nəfər təcili yardımla Akşehir Dövlət Xəstəxanasına aparılaraq tibbi nəzarə altına alınıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Natiq Orucov
Xəbəri paylaş