Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aralıq dənizində gözləri başından 20 dəfə böyük olan canlı peyda olub

Aralıq dənizində gözləri başından 20 dəfə böyük olan canlı peyda olub


Aralıq dənizində başından 20 dəfə böyük gözləri olan canlı tapılıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, nəhəng gözlü dəniz qurdunun kəşfi alimləri heyrətə gətirib. Başından 20 dəfə böyük gözü olan bu qurdun iti görmə qabiliyyətinin olduğu bildirilir.

Tədqiqatçılar İtaliyanın Ponza adasının yaxınlığında tapılan Vanadis dəniz qurdunun gözlərinin dənizin qaranlıq dərinliklərində yalnız öz aralarında əlaqə yaratmaq baxımından əhəmiyyətli olduğunu deyirlər.

Elm adamları, qurdun gözlərinin siçan və ya siçovulunkinə bərabər ölçüdə olduğunu bildirirlər. Hazırda alimlər qurdun sadə sinir sisteminin bu çox mürəkkəb funksiyaları necə yerinə yetirdiyini araşdırmağa çalışırlar.

Nərgiz Əzizova
Xəbəri paylaş