Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Atəşfəşanlığa bənzər gecə şousu

Atəşfəşanlığa bənzər gecə şousu


"İranın “SEPAH” bazalarından aprelin 13-də İsrailə qarşı raket hücumları neçə müddət idi ki, gözlənilən “qisas əməliyyatı” idi. Mollakratiya bu “əzələ nümayişi” ilə hərbi-ideoloji olaraq özünün bölgədə güc mərkəzlərindən biri olduğunu, “öz nüfuzunu” göstərmək niyyəti güdürdü.

Hücumlardan dərhal sonra Tehran küçələrində “qələbə bayramı”nın, atəşfəşanlığın qeyd edilməsi də Farsizmin “İsraili cəzalandırmaq”, Yaxın Şərqdə müharibəyə “dözə bilmədiyini”nin şousu idi".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor Vaqif Abdullayev səsləndirib. O bildirib ki, Tehranın bu cür proksi müharibə imitasiyalarını əvvəllər də görmüşük:

"Vaxtilə İran Trampın prezidentliyi dövründə Yaxın Şərqdəki ABŞ hədəflərini də “vurmuşdu”, ancaq raketlər kənara düşmüşdü, hətta raket zərbələri haqda öncədən Vaşinqtonun məlumatlandırılması, amerikalı hərbçilərinin bazaları tərk etməsi barədə informasiyalar vardı, bunu hətta Tramp da sonralar dilə gətirmişdi. Yəni, bu müəmmalı hücumlar da sanki ABŞ və bəzi dairələrlə razılaşdırılmışdı.

Maraqldır ki, İran bu hücumları niyə gündüz etmirdi, bu, sadəcə gecə şousu idi. Ona görə də İranın İsrailə birbaşa zərbələr endirməsi reallığı üfüqdə çox zəifdir. Ancaq İran vaxtilə Azərbaycanı təhdid edir, gündüz vaxtları
Araz çayının üzərində panton körpü qurararaq sərhədimizi pozmaq istəyir, təxribata calışırdı. Azərbaycan isə hər zaman təmkinlə, müdrik uzaqgörənliklə addım atıb, İranı özünə düşmən hesab etmədiyini bəyan edib.
Sonuncu hadisə ilə bağlı da Azərbaycanın mövqeyi bəlli oldu, Xarici İşlər Nazirliyi tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa çağırdı. Yəni, ölkəmiz bölgədə sülh və əmin-amanlıq istəyir".

Vaqif Abdullayev deyib ki, Azərbaycan İsrail və Fələstin xalqlarının dinc firavah həyat sürməsini istəyir, hər iki tərəfə öz dəstəyini göstərir:

"İsraillə Azərbaycanın strateji dostluq münasibətlərində də Fələstin, Yaxın Şərq və digər region ölkələrinə zərər verəcək heç bir təzahürləri yoxdur. Təl-Əviv-Bakı strateji müttəfiqliyi heç bir ölkəyə qarşı yönəlməyib, əksinə bütün bölgə dövlətləri və xalqlarının birliyinə, dostluğuna, regionda sülh və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.
Bir məqamı da xatırlatmaq lazımdır ki, İranın təxribatlar yalnız Fələstinə zərər vura bilər, Fələstin xalqının bölgədə daha qanlı toqquşmalarla üzləşməsinə, öz yurd-yuvalarından tamamilə didərgin düşməsinə səbəb ola bilər.
İsrailə qarşı hücumlar Rusiya-Ukrayna müharibəsində olduğu kimi ona qarşı yaranacaq beynəlxalq koalisiyanın müharibənin İran sərhədlərinə çatması ilə nəticələnəcəyi şübhə doğurmur. Bunu İsrailin müdafiə naziri Yoav Qalant da bəyan edərək bildirib ki, İsrail İrandan gələn təhlükəyə qarşı regional koalisiya yaradacaq. Bu isə İranın parçalanma yol aça bilər, Bəlucistanda baş verənlər belə bir riskin mümkünlüyünü istisna etmir".

Anar Əliyev
Xəbəri paylaş