Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb

Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb


Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi çərçivəsində keçirilən Yaşıl Hidrogen Sammitində iştirak edib.

Newscenter.az
xəbər verir ki, “Yaşıl Hidrogen İqtisadiyyatlarını Sürətləndirmək üçün Milli Strategiyalar və Siyasətlər” üzrə Nazirlər Panelində energetika naziri hidrogenin Azərbaycanın transformativ inkişaf və enerji təchizatçısı gündəliyinin əsas komponentlərindən olduğunu qeyd edib. Bildirilib ki, hidrogenin istehsalı, ondan istifadə Azərbaycanın “təmiz ətraf mühitə malik yaşıl artım” ölkəsi kimi inkişaf strategiyası, azad edilmiş ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi, həmçinin Avropa İttifaqı ilə enerji tərəfdaşlığına dair strateji sənədlərdə öz əksini tapır. Xəzər dənizində 157 qiqavat külək enerjisi potensialı əsasında 28 QVt-dan çox “yaşıl enerji” layihələri üzrə “Masdar”, “ACWA Power”, bp, Fortescue və digər beynəlxalq enerji şirkətləri ilə imzalanmış əməkdaşlıq sənədlərində “yaşıl hidrogen” istehsalının da nəzərdə tutulduğu vurğulanıb. Hazırda hidrogenin istehsalı ilə yanaşı, ixracı aspektində “Xəzər dənizi-Qara dəniz-Avropa”, “Mərkəzi Asiya-Azərbaycan-Avropa” yaşıl enerji dəhlizləri çərçivəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edildiyi bildirilib. ““Yaşıl hidrogen” ölkəmizin enerji təchizatında yeni mənbə və dəhlizlərlə mövqeyinin möhkəmləndirməsi, həmçinin 2050-ci ilədək karbon emissiyalarını 40% azalda bilməyimiz üçün mühüm əhəmiyyət daşıyır.“Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi vasitəsilə Azərbaycan “yaşıl hidrogen” üzrə də Aİ üçün etibarlı tədarükçü olacaq”, deyə nazir əlavə edib.

Bundan başqa, əlverişli, təhlükəsiz və “təmiz enerji” sisteminə keçidin vacib hissəsi kimi hidrogen sənayesinin inkişafını təmin edən amillərdən bəhs edilib. Azərbaycanın COP29-a sədrlik missiyasının yaşıl hidrogenin inkişafına da maliyyə dəstəyini təmin etməklə yaşıl enerji keçidinə töhfə verəcəyi bildirilib.

Süleyman
Xəbəri paylaş