Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Makron və başqaları çirkin niyyətlərindən əl çəkmirlər

Makron və başqaları çirkin niyyətlərindən əl çəkmirlər


Regionu ciddi cəhdlə qarışdırmağa, Azərbaycanıla Ermənistan arasında yeni bir müharibəyə rəvac verməyə maksimum dərəcədə çalışılır. Azərbaycanın İkinci Qarabağ Müharibəsində tarixi Zəfərini qəbul etmək istəyən dövlətlər Cənubi Qafqazda öz maraqlarının təmin olunması üçün Ermənistanı silahlandırmağa və onu müharibəyə təhrik etməyə başlayıblar. Həmin ölkələrin başında isə Fransa dayanır.

Newscenter.az-ın xəbərinə görə, hərbi ekspert Ədalət Verdiyev deyir ki, son 4 ildə müasir Azərbaycan tarixinin ən qürurlu günlərini yaşayırıq. Amma bizə qarşı olan qüvvələr də, başda Fransa olmaqla qələbəmizi qəbul etmək və Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olmasını istəmirlər:

"Makron və başqaları çirkin niyyətlərindən, o cümlədən işğalçı Ermənistanı silahlandirmaqdan, onun vasitəsilə yeni münaqişə ocağı yaratmaq niyyətindən əl çəkmirlər".

Ekspert hesab edir ki, belə bir vəziyyətdə hər birimiz Əsgər olmalıyıq:

"Azərbaycanımızı, suverenliyimiz və müstəqilliyimizi göz bəbəyimiz kimi qorumalıyıq. Daim dövlətimzin, Silahlı Qüvvələrimizin və müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında daha sıx birləsməliyik. Bu günə qədər əldə etdiyimiz bütün qələbələr məhz bu birliyin formalaşdırdığı Dəmir Yumruq sayəsində mümkün olub".

Süleyman
Xəbəri paylaş