Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İndoneziyada qızdırmadan ölənlərin sayı artır

İndoneziyada qızdırmadan ölənlərin sayı artır


İndoneziyada Denge qızdırmasından ölənlərin sayı artır.

Newscenter.az-ın Antara News-a istinadən verdiyi xəbərə görə, təkcə cari il ərzində bu xəstəlikdən ölənlərin 2023-cü ilə nisbətən 179,4 faiz artıb.

Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölkədə dang qızdırmasına yoluxanların sayı 62 minə, xəstəlik səbəbindən həyatını itirənlərin sayı isə 475-ə çatıb.

Səhiyyə Nazirliyi xəbərdarlıq edib ki, son vaxtlar ağcaqanadların çoxaldığı ərazilərin dezinfeksiya və təmizlənməsinə diqqət yetirilməlidir.

Qeyd edək ki, İndoneziyada 2016-cı ildə 1598 nəfər, 2017-ci ildə 493 nəfər, 2018-ci ildə 344 nəfər, 2019-cu ildə 917 nəfər dang qripindən ölüb.

Mehman Mehdiyev
Xəbəri paylaş