Avstraliyada nəsli kəsilmiş kenquru növü aşkar edilib.
Newscenter.az Reuters-ə istinadən bildirir ki, Avstraliyanın Flinders Universitetinin tədqiqatçıları, yaşıl qitədə 5 milyon il və 40 min il əvvəl yaşadığı təxmin edilən üç yeni kenquru növünü kəşf etdiklərini açıqladılar.
Məlumata görə, universitetin tədqiqatçıları müxtəlif muzeylərdən əldə edilən tapıntıları Kallabonna gölü ətrafında aşkar edilən fosillərlə müqayisə edərkən nəsli kəsilmiş “protemnodon” cinsinə aid 3 yeni kenquru növü aşkar ediblər. Həmin kenquru növlərinin Cənubi Avstraliyada yaşadığı ehtimal edilir.
170 kiloqram ağırlığında olan növlərin bir-birindən çox fərqli olduğu düşünülür. Kenquruların nəslinin nə üçün kəsildiyi isə hələ müəyyən edilməyib.
Mehman Mehdiyev