Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şou hərbi davranışlara və müharibə sahəsinə də keçib

Şou hərbi davranışlara və müharibə sahəsinə də keçib


Hər gün evimizə girən, milli dəyərlərə zidd proqramları ilə genefondumuza zərbə vuran mənasız şou proqramların efirlərdən yığışdırılması barədə cəmiyyət tərəfindən tələblər irəli sürülsə də, təəssüflər olsun ki, cəmiyyətin sosial sifarişi bir sıra hallarda nəzərə alınmır. Hətta vəziyyət o həddə çatır ki, şoular hərbi sahəyə də sirayət edir.. Newscenter.az-ın xəbərinə görə, iqtisadçı Eldəniz Əmirov da bundan narahatçılıq ifadə edir. Onun sözlərinə görə, Azərbaycan tamaşaçısı ucuz şoulara maraq göstərdiyi üçün qınanılırdı. Amma artıq siyasi təşkilatlar və hətta ən ciddi siyasi fiqurlar da şousuz keçinə bilmir:

"İş o yerə çatıb ki, şou hərbi davranışlara və müharibə sahəsinə də keçib. Dünyanın ən gizli müttəfiqləri daha böyük məqsədlər naminə illərdir ki, bir-birinə düşmən kimi davranır. Ən dəhşətlisi isə odur ki, onlar nəinki siyasi ekspertləri, hətta bir çox siyasi fiqurları da inandıra bilirlər. Və bu elə də çətin olmur. Sadəcə lazımi məqamlarda zəif müttəfiqə tapşırıq berilir ki, mənə "yumruq" at. Beləcə, hər il 10-15 dəqiqəlik müharibə şouları göstərirlər. Dünya da baxıb, feyziyab olur".

Ekspert deyib ki, bədbəxtlikdən, iqtisadiyyat uzunmüddətli şou qəbul eləmir:

"Çünki, bədii, mədəni, siyasi və hətta müharibə şousunu da qəbul edən göz və qulaqlardır. Göz və qulağı aldatmaq olur, amma ac insanın qarnını şou ilə aldatmaq olmur. Yoxsa, acllıqdan ölən Afrika sakinlərinin qarnını dünya şoumenləri çoxdan doydurmuşdu".

Anar Əliyev
Xəbəri paylaş