"İran-İsrail gərginliyi planlı bir teatrdır"
Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı səsləndirib.
O bildirib ki, İran-İsrail gərginliyi diqqəti Qəzzadan yayındırmaq üçün planlaşdırılmış bir teatrdır.
MHP sədri Rusiya-Ukrayna müharibəsinə də diqqət çəkib. O bildirib ki, sözügedən münaqişə danışıqlar yolu ilə həllini tapmalıdır:
"Kiyev və Moskva İstanbulda əl sıxmalıdırlar. 3-cü Dünya Müharibəsi ssenarisini dövriyyəyə buraxan və nüvə müharibəsindən danışan tiranların hiyləsinin qarşısı alınmalıdır. Yeni dünya müharibəsi qətldir".
Anar Əliyev