İsrail tərəfi ərazisinə olan hücuma görə, İrandan qisas almaqda israrlıdır.
Newscenter.az xəbər verir ki, rəsmi Təl-Əviv bu məqsədlə Hərbi Hava Qüvvələrinin İrana mümkün hücuma hazırlığı başa çatdırdığını bəyan edib.
İsrail dövlət televiziyası KAN öz yayımında bildirib ki, İsrail İrana Tehranın cavab verə bilməyəcəyi və bölgəni genişmiqyaslı müharibəyə sürükləyə bilməyəcək məhdud bir hücum planlaşdırır.
Nəşr İsrail Hərbi Hava Qüvvələrinin İrana qarşı mümkün hücum hazırlıqlarını tamamladığını, lakin hücumun forması ilə bağlı məlumat verilmədiyini yazıb.
Anar Əliyev