Son vaxtlar günümüzün əsas reallığına çevrilən süni intelektin mənfi tərəfləri barədə alimlər araşdırma aparıblar.
Newscenter.az-ın xəbərinə görə, aparılan araşdırmaların nəticəsi olaraq süni intellektin sosial nizamı məhv edə biləcəyi təhlükəsi ortaya çıxıb.
Yaponiyanın ən böyük telekommunikasiya şirkəti Nippon Telegraph and Telephone (NTT) ölkənin aparıcı qəzetlərindən biri olan Yomiuri Shimbun ilə birgə dərc etdiyi araşdırma materialında süni intellektdən istifadə ilə bağlı yeni qaydaların müəyyən edilməsi lazım olduğunu açıqlayıb. Açıqlamada deyilir ki, ən pis ssenaridə süni intellekt demokratiyanın və sosial nizamın çökməsinə səbəb ola bilər. Bu isə müharibələrə gətirib çıxarar.
Açıqlamada, Yaponiya hökumətindən 31 oktyabr 2025-ci ildə keçirilməsi planlaşdırılan ümumi seçkilərdə təhlükəsizliyi təmin etmək üçün süni intellekt texnologiyasına nəzarəti artıracaq qaydalar qoyması istənilib.
Anar Əliyev