Son illərdə Türkiyədə sağlamlıq turizmi də kifayət qədər inkişaf edib.
Newscenter.az Türkiyə Səyahət Agentlikləri Birliyinə (TÜRSAB) istinadən bildirir ki, Türkiyə sağlamlıq turizmində ən çox xəstə qəbul edən 10 ölkədən birinə çevrilib.
Qeyd edək ki, keçən il 5 fərqli şəhərdə, İstanbul, Ankara, İzmir, Antalya və Qaziantepdə Sağlamlıq Turizmi Məlumat Görüşləri keçirilib
Türkiyənin sağlamlıq turizmindən əldə etdiyi gəlir 2020-ci ildəki epidemiya səbəbiylə azalsa da, son 5 illik dövrdə davamlı olaraq artıb.
2019-cu ildə 1,49 milyard dollar olan sağlamlıq turizmi gəliri , 2023-cü ildə 2 milyard dollara çatıb.
Natiq Orucov