Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə və Misir Qəzzada atəşkəsə nail olmaq istəyir

Türkiyə və Misir Qəzzada atəşkəsə nail olmaq istəyir


Türkiyə Qəzzada atəşkəsə nail olmaq üçün diplomatik cəhdlərini davam etdirir.

Newscenter.az bu ölkənin XİN-nə istinadən verdiyi xəbərə görə, bu sitiqamətdə Ankara xüsusilə Qahirə ilə fəal iş aparır. Məlumata görə, sözügedən məsələ ilə bağlı yaxın günlərdə Misirin xarici işlər naziri Samih Şükri Türkiyəyə səfər edəcək.

Şükrinin xarici işlər naziri Hakan Fidan ilə görüşündə Qəzzada son vəziyyət və bölgədəki hadisələr müzakirə olunacaq.

Görüş zamanı iki həmkarlar əsasən Qəzzada baş verən son hadisələri müzakirə edəcəklər. Onlar daimi atəşkəsin təmin edilməsi üçün atılacaq addımları qiymətləndirəcəklər.

Xarici siyasət idarəsi rəhbərlərinin görüşündə Qəzzada son vəziyyətlə yanaşı, regional hadisələr də müzakirə olunacaq.

Mehman Mehdiyev
Xəbəri paylaş