Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni epidemiya: "Qırmızı göz" xəstəliyi, 7500 nəfər yoluxub

Yeni epidemiya: "Qırmızı göz" xəstəliyi, 7500 nəfər yoluxub


Yeni epidemiya yayılmağa başlayıb.

Newscenter.az xarici KİV-ə istinadən bildirir ki, "Qırmızı göz" adlı xəstəliyə ilk olaraq Uqandada rast gəlinib. Bu günə qədər bu ölkədə 7500 nəfərdə "Qırmızı göz" xəstəliyi qeydə alınıb.

Uqanda Səhiyyə Nazirliyinin açıqlamasında "qırmızı göz" xəstəliyinin ölkə daxilində artdığı qeyd edilib. Açıqlamada, son 3 həftədə yoluxma sayının 954-dən 7 min 596-ya yüksəldiyi bildirilib.

Epidemiyanın daha çox həbsxanalarda, məktəblərdə və sağlamlıq mərkəzlərində geniş yayıldığı bildirilir. Ölkə üzrə daha çox Kampala, Arua, Mbale və Kaqadi kimi bölgələrdə epidemiyanın geniş yayıldığı müşahidə edilir.

Səhiyyə mütəxəssisləri "qırmızı göz" xəstəliyinin fabriklər, bazarlar, meydanlar kimi mühitlərdə və əhalinin sıx olduğu şəhərlərdə sürətlə yayıldığı barədə xəbərdarlıq edib.

Mütəxəssislər “qırmızı göz” xəstəliyindən əziyyət çəkən insanlara qara eynək taxmağı tövsiyə edərək, bu insanların çarpayılarını və istifadə etdikləri əşyaları bir-birindən ayırmalı olduqlarını vurğulayıblar.

Anar Əliyev
Xəbəri paylaş