İsrailə qarşı həyata keçirilən hücumlara görə Birləşmiş Ştatlar İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan deyib.
Sullivan yazılı açıqlamasında bildirib ki, prezident Co Bayden Konqres üzvləri, ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə İrana hərtərəfli cavabı koordinasiya edir.
Bu kontekstdə İrana qarşı yeni sanksiyaların tətbiq olunacağına işarə edən Sullivan, “ABŞ yaxın günlərdə İranın raket və pilotsuz uçuş aparatları proqramları, İran Müdafiə Nazirliyi və ona dəstək verən təşkilatlar da daxil olmaqla, İrana qarşı yeni sanksiyalar tətbiq edəcək",-deyə bildirib.
Anar Əliyev