Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADY ilə Avropa İttifaqı arasında Orta Dəhlizin inkişafına dair görüş keçirilib

ADY ilə Avropa İttifaqı arasında Orta Dəhlizin inkişafına dair görüş keçirilib


Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovla ölkəmizdə səfərdə olan Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Teri Hakalanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüş zamanı ADY ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı müzakirə edilib, nümayəndə heyətinə regionda həyata keçirilən dəmiryol layihələri, işğaldan azad olunmuş ərazilərimizdə yenidən qurulan dəmiryol infrastrukturu, həmçinin Orta Dəhiz və onun artmaqda olan əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Süleyman
Xəbəri paylaş