"Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisini vaxtından əvvəl tərk etməsi ölkəmizin növbəti uğuru, diplomatik nailiyyətidir".
Newscenter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında qeyd edilib. Analitik Qrup hesab edir ki, Rusiya sülhməramlıları 2025-ci ildə Azərbaycan ərazilərini tərk etməli olduğu halda, onların vaxtından əvvəl ölkədən getməsi iki ölkənin siyasi rəhbərliyinin qarşılıqlı anlaşma əsasında əldə etdiyi razılaşmanın nəticəsidir:
"Artıq Rusiya sülhməramlılarının Azərbaycan ərazisində heç bir missiyasi qalmayıb. Ona görə də onların artıq Azərbaycan ərazisində qalmağına heç bir lüzum yoxdur".
Anar Əliyev